İsveç millisi də Rusiya ilə oyundan imtina etdi

Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar bu ölkəyə etirazlar gündən-günə artır.

Komanda.az xəbər verir ki, daha öncə Polşa millisi Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina etmişdi.

Artıq İsveç yığması da ruslarla qarşılaşmaqdan imtina edib. Bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilb ki, İsveç yığması ruslarla görüşün yerindən asılı olmayaraq, bu oyunda iştirak etməyəcək. Bundan əlavə, İsveç Federasiyası FİFA-nı Rusiyanın iştirakı ilə martda keçiriləcək pley-off oyunlarını ləğv etməyə çağırıb.

Pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də keçirilməlidir. Cütün qalibi İsveç – Çexiya matçının ən güclüsü ilə martın 29-dakı finalda qarşılaşacaq və nəticədə DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button