İcraiyyə Komitəsinin qərarları açıqlandı

Bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.

1. Futzal üzrə Yüksək Liqada legioner futzalçılarla bağlı limitin tətbiq edilməsi

Komandaların sifariş vərəqəsinə maksimum 7 (ümumi oyunçuların sayı 20), oyunun protokoluna isə maksimum 5 (ümumilikdə 14 oyunçu) legioner futzalçını daxil etməsi;

Oyunun protokoluna 1 nəfər 2000-ci il təvəllüdlü futzalçının adının daxil edilməsi;

2. Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun 2019/20-ci il mövsümünün əsasnaməsinin təsdiqi

3. Yeni mövsüm üzrə liqaların təşkili;

Yüksək Liqaya sentyabrın 6-da;
Birinci Liqaya sentyabrın 6-da və 7-də;
İkinci Liqaya sentyabrın 8-də başlamaq;

4. “Transfer pəncərəsi”nin sentyabrın 19-u, saat 18:00-da bağlanması

5. Bütün liqaların oyunları Bakı İdman Sarayında və Olimpik Starda keçirilsin

6. U-19 (2002/03-cü il təvəllüdlü) milli komandanın yaradılması və Birinci Liqada iştirakı

7. 2019/20-ci il mövsümünün büdcəsinin təsdiqi

8. Digər məsələlər

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button