İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq məsələlər bilindi
Martın 7-də “Fairmont” hotelində AFFA-nın Konfransı, ardınca isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Komanda.az xəbər verir ki, İcraiyyə komitəsinin iclasında müzakirə olunacaq məsələlərin siyahısı da açıqlanıb:
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər
- 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrıması
- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi
- AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi
- AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnaməsinin təsdiqi
- Yoxlama və Təftiş Komitəsinin hesabatı
- Birinci Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi
- Misli Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi.
- Birinic Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi
- 2023-24-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi
- Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı federasiya rəhbərliyinin məlumatı
- Digər məsələlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin