Xavi o oyunu unuda bilmir
“Barselona”nın baş məşqçisi Xavi Avropa Liqasının 1/4 finalında evdə “Ayntaxt”a uduzduqları matçı (2:3) unuda bilmir.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis yenidən həmin oyunla bağlı açıqlama verib:
“Futbolçularımız həmin oyunda özlərini doğma meydanda oynayırmış kimi hiss etmədilər. Bu, bəhanə deyil. Amma biz o atmosferdə rahat deyildik. Oteldən stadiona gedib, avtobusa mindiyim andan etibarən içimdə narahatlıq var idi. Özümüzü evimizdəki kimi hiss etmirdik. Rəqib azarkeşlər hər şeyi üzərimizə atırdılar. Futbolçularımız tuneldən keçə bilmirdilər. Həm də, ilk dəqiqələrdə qapımıza penalti təyin olundu. Həm oyun, həm də təşkilatçılıq baxımından çox bərbad bir gün idi. Özümüzü evimizdə qarət edilmişik kimi hiss edirdik”.
“Barselona” ilk matçda “Ayntraxt”la 1:1 hesablı heç-heçə edib. Cavab görüşündə Kataloniya klubu 2:3 hesabı ilə uduzub və turnirdə mübarizəni dayandırıb.
Bizi Facebook-da izləyin