“Barselona”nın futbolçusu Almaniyada qala bilmədi
İcarə əsasında “Şalke”də forma geyinən Jan-Kler Todibo müqavilə ilə məxsus olduğu “Barselona”ya qayıdacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Şalke” klubunun idman direktoru Yohen Şnayder İspaniya mətbuatına açıqlamasında deyib. Şnayder, Todibonun transfer hüquqlarını almadıqlarını açıqlayıb:
“Todibonu ala bilərdik, ancaq artıq gecdir. Çünki onun bizimlə müqaviləsi 31 maya qədər idi”.
“Barselona” fransalı futbolçunun təzminat məbləğini 25 milyon avro olaraq müəyyənləşdirmişdi. Todibonun Kataloniya klubu ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin