İkardinin həyat yoldaşı Lukakuya ilişdi

İcarə əsasında PSJ-də forma geyinən, müqavilə ilə “İnter”ə məxsus olan Mauro İkardinin meneceri və həyat yoldaşı Vanda Nara, “neradzurra”nın futbolçusu Romelu Lukaku haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Nara, Lukakunun performansının yaxşı olmadığını deyib:

“Lukakunun böyük oyunlarda meydana çıxmasını görmək xoş olar. Çempionlar Liqasında fərq yarada bilmədi və bu turnirə indi televizordan baxacaq. Ancaq “İnter”in son “9 nömrə”sinin 150 qolu var”.

Çempionlar Liqasında bu mövsüm Lukaku 2, İkardi isə 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button