“Milan”dan getmək istəmir

İcarə əsasında “Milan”da çıxış edən, müqavilə ilə “Sevilya”ya məxsus olan Simon Kyaer açıqlama verib.

Komanda.az xəbər verir ki, danimarkalı müdafiəçi, “Corriere dello Sport” nəşrinə açıqlamasında, “Milan”da qalmaq istədiyini bildirib:

“Milan”da qalmaq xəyalımdır. Zamanı gələndə rəhbərliklə oturub, danışacağıq.

Zlatan İbrahimoviç bizə çox şey verir. Hardasa hər şeyi qazanmış bir çempiondur. Onun meydanda olması belə, fərq yaradır”.

Kyaerin “Milan”la icarə müqaviləsi mövsümün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button