Arda Turan “Qalatasaray”a qayıdır – 1,5 illik müqavilə
İcarə əsasında “Başakşəhər”də forma geyinən, müqavilə ilə “Barselona” klubuna məxsus olan Arda Turan qış fasiləsində komandasını dəyişəcək.
Komanda.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü keçmiş klubu “Qalatasaray”a keçəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 32 yaşlı yarımmüdafiəçinin “sarı-qırmızılar”la 1,5 illik müqavilə imzalayacağı bildirilir.
“Qalatasaray”ın yetirməsi olan Arda, 2011-ci ildə “Atletiko”ya, 2015-ci ildə isə “Barselona”ya keçib. Kataloniya təmsilçisində gözlənilən performansı sərgiləyə bilməyən yarımmüdafiəçi, 2018-ci ildə “Başakşəhər”ə 2 illik icarəyə verilib. Ardanın hazırkı icarə müqaviləsi mövsümün sonunda bitir.
Arda 100 dəfə formasını geyindiyi Türkiyə yığmasında 16 qol vurub.
Bizi Facebook-da izləyin