
“Roma” futbolçusunu Belçika klubuna satdı
“Roma”nın müdafiəçisi Brayan Reynolds “Vesterlo”ya keçib.
Komanda.az Belçika klubunun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı amerikal futbolçu ilə 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
Reynolds 2022/23 mövsümünü icarə əsasında “Vesterlo”da keçirib. O, 34 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin