“Karyeramı bitirdikdən sonra burada yaşaya bilərəm” – İbrahimoviç
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç komanda və təmsil etdiyi şəhər barədə fikirlərini bildirib.
Komanda.az “Rai1”-ə istinadən xəbər verir ki, o, futbolçu karyerasını başa vurduqdan sonra Milan şəhərində qala biləcəyini deyib:
“Milanı sevirəm. Bu şəhərdə özümü xoşbəxt hiss edirəm. Sanki mənim ikinci evimdir. Karyeramı bitirdikdən sonra burada yaşaya bilərəm”.
41 yaşlı isveçli futbolçu hazırda zədəlidir. O, 2010-cu ilin avqustundan 2012-ci ilin iyuluna kimi, PSJ-yə keçməzdən əvvəl “Milan”da çıxış edib. İbrahimoviç 2020-ci ilin yanvarında yenidən İtaliya klubuna qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin