500 kq ağırlığında heykəl FOTO
Hazırda “Los Anceles Qalaksi”də forma geyinən Zlatan İbrahimoviçin şərəfinə ölkəsi İsveçdə abidə ucaldılacaq.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, isveçli futbolçunun abidəsinin ucaldılmasında təşəbbüskar İsveç Futbol Federasiyası olub. İbrahimoviçin doğulduğu Malmö şəhərində 2,7 metr hündürlüyündə və 500 kq ağırlığında tuncdan heykəl ucaldılacaq. Abidənin açılış mərasiminin oktyabrın 8-də olacağı bildirilir.
Karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Milan”, “Barselona”, PSJ və “Mançester Yunayted” kimi klublarda forma geyinən 37 yaşlı futbolçu, İsveç millisinin heyətində keçirdiyi 116 oyunda 62 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin