Rayola İbrahimoviçə görə peşmandır
“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin meneceri Mino Rayola futbolçunun karyerası ilə bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Rayola, isveçli futbolçunun karyerasını davam etdirməli olduğunu bildirib:
“İbrahimoviçlə eyni yaşda olmasına baxmayaraq, özünü çox yorğun hiss edən futbolçular gördüm. Zlatanda isə belə yorğunluq yoxdur, o, daha beş il oynaya bilər. İbrahimoviçi MLS-ə apardığım üçün peşman oldum. O, orda sadəcə vaxt itirdi. Zlatan gələcəkdə vacib bir vəzifədə yer alacaq. Hətta futbolu dəyişdirmək üçün UEFA prezidenti də ola bilər”.
İbrahimoviçin “Milan”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin