İbrahimoviçdən “Milan”a məsləhət
Zlatan İbrahimoviç “Milan”a bu mövsümün sonuna qədər “Mançester Yunayted”in vingeri Markus Reşfordu icarəyə götürməyi tövsiyə edib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, isveçli keçmiş futbolçu hesab edir ki, Kristian Pulişiç və Rafael Leaonun mümkün zədələnməsi halında hücumda yaranan problemi həll etmək üçün Reşford “Milan”a kömək edə bilər.
İbrahimoviç 2016-2018-ci illərdə “qırmızı şeytanlar”da Reşfordla birgə çıxış edib.
İngiltərəli forvard bu mövsüm bütün yarışlarda 24 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin