
İbrahimoviç uşaqlarına xanımının soyadını niyə verib?
“Milan” rəhbərliyində məsləhətçi kimi çalışan Zlatan İbrahimoviç övladları barədə maraqlı açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli sabiq hücumçu uşaqlarının onun soyadına görə tez-tez qiymətləndirildiyini və bunun, onlar üçün asan olmadığını bildirib:
“Mənim uşaqlarım? Onların atası tarix yazıb. Bu, onlar üçün çətindir, çünki artıq mənə görə mühakimə olunurlar. Onlara futbol oynamamağı tövsiyə etmişdim, amma hər şey başqa cür alındı (gülür)”.
İbrahimoviç əlavə edib ki, övladlarının daha rahat böyüməsi üçün onlara həyat yoldaşının soyadını verib:
“Onları xanımımın soyadı ilə qorudum ki, daha az təzyiq hiss etsinlər və daha çox məxfilikləri olsun. Nə əldə edəcəklərsə, bu, onların öz əməyinin və fədakarlıqlarının nəticəsi olmalıdır. Uğurları İbrahimoviç soyadına görə deyil, layiq olduqları üçün qazanmalıdırlar”.
Bizi Facebook-da izləyin



