
Lukaku: “İbrahimoviçə karyerasına görə çox hörmət edirəm”
“Napoli”nin hücumçusu Romelu Lukaku keçmiş futbolçu Zlatan İbrahimoviçə yüksək qiymət verir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı forvard, İbrahimoviçin karyerasına çox hörmət etdiyini deyib:
“Lionel Messi, Robert Levandovski, Kriştiano Ronaldo – hamısı superdir. Mən İbrahimoviçə də karyerasına görə çox hörmət edirəm. O, unikal oyunçu idi”.
“Napoli”nin son çempion olduğu İtaliya çempionatının yeni mövsümünə avqustun 15-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin