İbrahimoviçi ağladan ölüm

PSJ-nin sabiq hücumçusu Zlatan İbrahimoviç keçmiş agenti Mino Rayolanın ölümü ilə bağlı danışıb.

Komanda.az “AB Talks”-a istinadən xəbər verir ki, isveçli keçmiş futbolçu son göz yaşına qədər ağladığını bildirib:

“Bu xəbər mənim üçün ağır zərbə oldu. Son göz yaşıma qədər ağladım. Bu, çox məyusedicidir, Rayola üçün çox darıxıram. Məni yaxından tanıyan hər kəs bizim nə qədər yaxın olduğumuzu bilirdi”.

Mino Rayola 2022-ci ilin aprelində, 54 yaşında vəfat edib. Onun maraqlarını təmsil etdiyi futbolçular siyahısına Zlatan İbrahimoviç, Erlinq Haland, Pol Poqba və bir çox başqa tanınmış simalar daxil idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button