İbrahimoviçdən sloveniyalı hücumçuya “yaşıl işıq”
“Milan”ın sabiq hücumçusu, hazırda klubun idarə heyətinin üzvü olan Zlatan İbrahimoviç Bundesliqadan hücumçu transfer etmək istədiklərini təsdiqləyib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, söhbət “Leyptsiq”də çıxış edən Benjamin Şeşkodan gedir.
İbrahimoviç 20 yaşlı futbolçunun transferinə “yaşıl işıq” yandırıb. Şeşkonun müqaviləsində təqribən 70 milyon avro təzminat nəzərdə tutulur, lakin “Milan” onun keçidini həll edə biləcəyinə əmindir.
Sloveniyalı forvardın xidmətində “Çelsi” klubu da maraqlıdır.
Şeşko cari mövsümdə “Leyptsiq”in heyətində 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin