Levandovski İtaliya klubunun hədəfindədir

“Barselona”nın hücumçusu Robert Levandovski “Milan”a keçə bilər.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, polşalı forvardın transferini xüsusilə, Zlatan İbrahimoviç istəyir. O, “Milan”ın məsləhətçisi kimi bu keçidi dəstəkləyir.

37 yaşlı futbolçu böyük klublardan təkliflərə açıqdır, çünki UEFA Çempionlar Liqasındakı çıxışını davam etdirmək istəyir.

Gözlənilir ki, Levandovski gələn ilin yayında “Barselona”dan azad agent kimi ayrılacaq. O, cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb və 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button