İbrahimoviç MLS-ə getməsinin səbəbini açıqladı

İsveç millisinin və “Milan”ın sabiq futbolçusu Zlatan İbrahimoviç MLS-ə getməkdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli sabiq futbolçu ABŞ-a gedərkən formada olub-olmadığını yoxlamaq istədiyini bildirib:

“Hələ formada olub-olmadığımı yoxlamaq istədim. Və anladım ki, mən hələ də yaxşıyam. Sonra aid olduğum yerə qayıtmaq qərarına gəldim”.

İbrahimoviç 2018-ci ildə “Los Anceles Qalaksi”yə keçib. Bundan sonra “Milan”a qayıdan keçmiş forvard daha üç il yarım İtaliya komandasında çıxış edib və karyerasını bitirib.

İbrahimoviç karyerası ərzində “İnter”, “Barselona”, PSJ və “Mançester Yunayted”də də çıxış edib. O, MLS klubunda 58 oyun keçirib və 53 qol vurub, 15 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button