İbrahimoviç “Milan”ın təklifini nəzərdən keçirir

Keçmiş hücumçu Zlatan İbrahimoviç “Milan”a məşqçi kimi qayıda bilər.

Komanda.az “Corriere della Sera” qəzetinə istinadən xəbər verir ki, karyerasını başa vuran İbrahimoviç yenidən “Milan”a məşqçi kimi qayıda bilər.

Məlumata görə, İbrahimoviç “Milan”ın sahibi Gerri Kardinalenin təklifini nəzərdən keçirir. İsveçlinin qayıtmasında komandanın baş məşqçisi Stefano Pioli də maraqlıdır.

İbrahimoviçin ailəsi də onun kluba qayıtmasına isti yanaşır. Çünki onun oğulları “Milan”ın aşağı yaş qrupları üzrə komandalarında oynayır və o, tez-tez şəhərə gəlir.

İbrahimoviç futbolçu kimi son olaraq Milan təmsilçisində forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button