İbrahimoviç “Milan”ın məşqinə qatıldı
“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Nyukasl”a qarşı keçiriləcək oyundan öncə İtaliya komandasının məşqində iştirak edib.
Komanda.az “MilanPress.it” portalına istinadən xəbər verir ki, 41 yaşlı isveçli məşq zamanı “Milan”ın baş məşqçisi Stefano Pioliyə kömək edib.
İbrahimoviç bu yay təqaüdə çıxdığını açıqlayıb. “Milan” onun son klubu olub. O, karyerası ərzində “Los Anceles Qalaksi”, “Mançester Yunayted”, PSJ, “Barselona”, “İnter”, “Yuventus”, “Ayaks” və “Malmö” kimi klublarda da çıxış edib.
“Milan” sentyabrın 19-da “Nyukasl”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin