İbrahimoviç “Milan”da nə işlə məşğul olduğunu açıqladı

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç İtaliya klubunda nə işlə məşğul olduğunu açıqlayıb.

Komanda.az “The Atletic”-ə istinadən xəbər verir ki, isveçli keçmiş forvard vəzifəsinin hamını bir araya gətirmək olduğunu bildirib:

“Mənim vəzifəm hamını bir araya gətirmək, strukturun və təşkilatın işlədiyinə əmin olmaqdır. Hər kəsi ayaq üstə saxlayın!”

İbrahimoviç 2023-cü ilin yayında karyerasını başa vurduğunu açıqlayıb. Onun son klubu “Milan” olub. 42 yaşlı keçmiş forvard 62 qolla İsveç millisi tarixinin bombardiridir. Hazırda o, “Milan”ın sahiblərinin məsləhətçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button