“İbrahimoviç meydanda canavar kimidir”
“Milan”a transfer olunan Mario Mancukiç açıqlama verib.
Komanda.az xəbər verir ki, 34 yaşlı xorvat futbolçu, “qırmızı-qaralar”a transferi və yeni klubundakı komanda yoldaşı Zlatan İbrahimoviçlə bağlı danışıb:
“Milan” tarixi klubdur və son zamanlarda belə komandadan təklif almaq üçün çox çalışdım. Rəqabətə hazır olmaq üçün çox məşq etmişəm. “Milan” kimi bir klubun hər zaman böyük hədəfləri olur. Bu, çox xüsusi klubdur. Buna görə də, komandada əlimdən gələni edəcəm.
İbrahimoviçi uzun müddətdir izləyirəm. Nəhayət, onunla eyni komandada olduğum üçün xoşbəxtəm. İbrahimoviç meydanda canavar kimidir. Mən də elə olmağa çalışacam. Birlikdə gözəl işlər görəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin