
İbrahimoviç ləngiyir
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasının startını buraxacaq.
Komanda.az xəbər verir ki, iyunda sol dizindən əməliyyat olunan isveçli futbolçunun sağalma müddəti ləngiyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. İbrahimoviç A Seriyasının ilk turunun “Sampdoriya” ilə matçına hazır olmayacaq.
39 yaşlı futbolçu ən yaxşı halda, 3-cü turun “Latsio” ilə matçında iştirak edə bilər.
“Sampdoriya” – “Milan” matçı avqustun 23-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin