İbrahimoviç 280 gündən sonra meydana çıxdı

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç 280 gündən sonra ilk dəfə meydana çıxıb.

Komanda.az xəbər verir ki, bu, İtaliya A Seriyasının 24-cü turunun “Atalanta” ilə ev oyununa (2:0) təsadüf edib.

İsveçli futbolçu 74-cü dəqiqədə fransalı hücumçu Olivye Jirunun əvəzində meydana buraxılıb.

Xatırladaq ki, ötən ilin may ayında əməliyyat olunan İbrahimoviç ondan sonra reabilitasiya prosesi keçirdi. 42 yaşlı hücumçu ötən mövsüm 27 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə etsə də, bu mövsüm debüt şansı qazanmamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button