İbrahim Qədirzadənin komandası yenə xalsız qaldı
Futbol üzrə Gürcüstan çempionatında 2-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Dila Qori” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 45+3-cü dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Samtrediya” 2 turdan sonra hələ xal hesabını aça bilməyib və 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin