İbrahim dünya çempionu, Ramizlə Omid ikinci oldu
Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, seriyanın sonuncu mərhələsində millimizin 3 üzvü fəxri kürsüyə qalxıb.
İbrahim Yusubov (90 kq) qızıl, Ramiz Həsənovla (70 kq) Fərid Cabbarov (90 kq) isə gümüş medal qazanıb.
Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kq-da ən çox xal toplayan güləşçi kimi dünya çempionu ünvanına sahib çıxıb. Ramiz Həsənov (70 kq) və Omid Kamaliaqdam (80 kq) isə öz çəkilərində gümüş medal qazanıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin