“Həyatımda yeni səhifə başlayır” – Renat Dadaşov
“Həyatımda yeni səhifə başlayır”.
Komanda.az xəbər verir ki, bunu İsveçrə “Qrasshopper”indən ayrılaraq Türkiyənin “Hatayspor” klubuna keçən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “instaqram” hesabında yazıb.
24 yaşlı hücumçu 2022-ci ilin yayından çıxış etdiyi Sürix təmsilçisi ilə vidalaşıb:
“Kluba necə minnətdar olduğumu sözlə ifadə etmək asan deyil. “Qrasshopper”ə və azarkeşlərə qarşıdakı mövsüm üçün ən yaxşısını arzulayıram”.
Dadaşov daha bir video paylaşaraq “Hatay, mən gəldim” söyləyib.
Renat ötən gün yeni klubunda tibbi müayinədən keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin