
Həsənalızadənin komandası səfərdə xal itirdi
Türkiyə 1-ci Liqasında 31-ci turun matçları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” da növbəti matçına çıxıb.
İstanbul klubu səfərdə “Bandırmaspor”la qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 1:1.
Həsənalızadə də bu matçın iştirakçısı olub. 31 yaşlı futbolçu 90 dəqiqə oynayıb. O, 90+2-ci dəqiqədə sarı vərəqə də alıb.
“Tuzlaspor” 33 xalla 15-ci pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin