“Hərbçilər”in yeni baş məşqçisinin adı açıqlandı

Rusiyanın ÇSKA klubu Vladimir Fedotovun komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı rusiyalı ilə müqavilənin müddəti dəqiqləşməsə də, “hərbçilər” açıqlamada müqavilənin uzun müddət üçün nəzərdə tutulduğunu bildirib.

Fedotovla birlikdə ÇSKA-nın məşqçilər korpusunda onunla “Soçi”də çalışmış Oleq Fomenko, Murat İskakov və Radik Yamlıxanov yer alacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button