“Hər şeyi zibil qutusuna atmaq məcburiyyətində deyilik” – PSJ rəsmisi

PSJ-nin idman direktoru Leonardo Çempionlar Liqasının 1/8 finalında “Real”a uduzduqları oyundan (1:3) sonra komandanın baş məşqçisi Maurisio Poçettino ilə bağlı fikirlərini bildirib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, məqsədlərinin Çempionlar Liqasını qazanmaq olduğunu deyib:

“Hər şeyi zibil qutusuna atmaq məcburiyyətində deyilik. Hər məğlubiyyətdən sonra sıfırdan başlamaq məcburiyyətində də deyilik. Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır.

Fransa Liqa 1-ində mövsümü yaxşı başa vurmaq üçün komandanı təkmilləşdirməyə və əhval-ruhiyyəni qorumağa çalışmalıyıq. Biz bunu birlikdə etməliyik.

Poçettino hələ də bu mövsüm üçün layihəmizin bir hissəsidir. İndi başqa şey haqqında düşünməyin vaxtı deyil”.

PSJ iki oyunun nəticəsinə görə “Real”a uduzaraq, Çempionlar Liqası ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button