“Mən hər şeyi qazanmaq istəyirəm” – Yeni transfer

“Real”ın yeni transferi Din Heysen “kral klubu”nda qarşısına qoyduğu məqsədlərdən danışıb.

20 yaşlı müdafiəçi bu ayın əvvəlində “Bornmut”dan “Real”a keçib.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu hər şeyi qazanmaq istədiyini bildirib:

“Real”da sən sadəcə oynamaq yox, qalib gəlmək məcburiyyətindəsən. Mən hər şeyi qazanmaq istəyirəm: UEFA Çempionlar Liqasını, La Liqanı, Klublararası dünya çempionatını və İspaniya kubokunu. Çox böyük iddialarım var”.

“Real” gənc müdafiəçinin transferi üçün təxminən 60 milyon avro ödəyib. O, klubla müddəti 2030-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button