“Hər şeyi Messidən soruşun” – “Barselona” rəsmisi
“Barselona”nın idman direktoru Jordi Kroyff deyib ki, PSJ-nin hücumçusu Lionel Messinin komandaya qayıdışı onun özündən asılıdır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klub rəsmisi bu mövzuda sualların Messiyə ünvanlanmalı olduğunu bildirib:
“Bu barədə suallar ona ünvanlanmalıdır. Hər şeyin necə işlədiyini bilirsiz. Hələlik hər şey onun qərarından və maliyyə feyr-pleyindən asılıdır. Hər şeyi Lioneldən soruşun. PSJ-də oynayır, qarşıda daha bir matçı var.
Başqa klubların oyunçularımızı müzakirə etməsi xoşumuza gəlmədiyi üçün özümüz də bunu etməyəcəyik. Qərar sonda oyunçu tərəfindən verilir.
Klubumuz Messi ilə müqavilə imzalamağa çalışırsa, bu, ondan asılıdır. Amma bizim artıq yaxşı heyətimiz var. Çox gənc futbolçularımız var ki, özlərini göstərirlər və gələcəkdə də göstərəcəklər. Ciddi işlər görülüb. Biz Avropanın ən yaxşı komandaları arasında ən gənc heyətlərdən birinə sahibik”.
Messinin yaxın günlərdə yeni klubu ilə bağlı qərar vermək niyyətində olduğu bildirilir. Onun İngiltərə Premyer Liqası, Səudiyyə Ərəbistanı və MLS-dən təklifləri var.
Bizi Facebook-da izləyin