“Hər şeydən razı qaldıq” – “Zenit”in baş məşqçisi

“Zenit”in baş məşqçisi Sergey Semak “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqları yoxlama görüşündən sonra təəssüratlarını bölüşüb.

Komanda.az xəbər verir ki, “Neftçi Arena”da baş tutan matçın ardından 47 yaşlı mütəxəssis stadionda xoş ab-hava olduğunu bildirib:

“Azərbaycana həmişə böyük məmnuniyətlə gəlirəm. Çox xoş ab-hava var idi. Azərbaycana səfər etdiyimiz, görüşün təşkilatçılığına görə, “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Yaxşı mübariz oyun oldu. Hər şeydən razı qaldıq. Oyun praktikası az olanlar və gənclər bu matçda iştirak etmək imkanı qazandılar.

İkinci qol çox gözəl alındı. Buna görə, Reziuanı təbrik edirəm. Gənc futbolçularımız həmin anda bunun qarşısını ala bilmədilər.

Ruslan Abışovun qolları və məhsuldar ötürmələri keyfiyyətli olub. Bunlar azarkeşlərin xatirəsində yadda qalacaq.

“Neftçi” ötən mövsüm Azərbaycan Premyer Liqasında 3-cü yeri tutub. Azərbaycanın ən populyar klublarından biridir. “Neftçi” və “Qarabağ” çox güclü klublardır. Digər klublar da güclənir. Azərbaycan millisinin son nəticələri ölkə futbolunun inkişafından xəbər verir. Bizdə və Azərbaycanda legioner baxımından qaydalar oxşardır. “Neftçi” ambisiyalı, güclü komandadır, avrokuboklarda çıxış edir. Belə klublarla əməkdaşlıq etmək bizim üçün xoşdur.

Sparrinq baxımından belə hazırlıq matçları müsbət olar. “Match TV” kuboku da bunun üçün təşkil olunmuşdu. Azərbaycan klubları ilə qarşılaşmaq bizim üçün maraqlı olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button