“Hər şey üçün “Neftçi”yə ürəkdən təşəkkür edirəm”
Qış fasiləsində “Neftçi” ilə yollarını ayıran seneqallı futbolçu Mamadu Mbodj paytaxt klubu ilə vidalaşıb.
Komanda.az xəbər veri rki, 30 yaşlı müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
O, paylaşımında bu sözləri qeyd edib: “Yalnız ən böyük xatirələr… Və hər biri unikaldır! Hər şey üçün “Neftçi”yə ürəkdən təşəkkür edirəm”.
Xatırladaq ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mamadu Mbodj 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2021/22 mövsümündə Azərbaycan çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin