“Hər şey planlaşdırdığımız kimi gedir” – Visente Qomes

“Sabah” mövsümün ikinci yarısına hazırlıq çərçivəsində bu gün “Səbail”lə yoxlama oyununda qüvvəsini sınadı.

Komanda.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçda 1:0 hesabıyla qalib gələn “Sabah”ın baş məşqçisi Visente Qomes klub saytına açıqlama verib.

İspan mütəxəssis həm oyun, həm də qış toplanışı barədə fikirlərini bildirib:

“Hazırda hər şey planlaşdırdığımız kimi gedir. Əsas odur ki, komandada zədəlilər olmasın və oyunçularımız məşqlərinə problemsiz davam edə bilsinlər. Bu gün yoxlama oyununda qüvvəmizi sınadıq. Qalib gəlmək həmişə yaxşıdır, lakin, anlamalıyıq ki, bu gün sərgilədiyimiz oyun turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdırmaq üçün kifayət deyil”.

“Səbail”lə yoxlama oyunu yeni transfer Tiemoko Fofana üçün əlamətdar olub. Belə ki, gənc hücumçu “göy-ağ” formada ilk oyununu keçirib. Qomes yeni transferin ilk oyununu da dəyərləndirib:

“Fofana komanda ilə cəmi iki məşqə çıxdıqdan sonra ilk oyununu keçirdi. Bu matçda meydanda yaxşı çalışdı. Ondan daha çox şey gözləyirik. Məşqlərlə və oyun praktikası ilə istədiyimiz oyun ideyasına, tərzinə vaxt keçdikcə uyğunlaşacaqdır”.

Xatırladaq ki, “Sabah” qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında ilk oyununu yanvarın 21-də saat 18:00-da, “Bank Respublika Arena”da “Qarabağ”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button