Azərbaycanlı futbolçuların yeni baş məşqçisi haqda açıqlama

Rusiyanın “Ximki” klubunun Müşahidə Şurasının üzvü Roman Teryuşkov komandanın yeni çalışdırıcısı Andrey Viktoroviç Talalayev haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rusiyalı baş məşqçi haqda belə deyib:

“O, yaxşı mütəxəssisdir. Məhz 2019/20 mövsümündə Talalayev klubu Rusiya Premyer Liqasında saxlamağa müvəffəq oldu. Həmin uğurun memarı olmağı bacardı.

Bir azarkeş kimi, “Ximki”ni növbəti mövsümdə də Premyer Liqada görmək istəyirəm. Hər şey komandanın özündən asılıdır, yəni, qalib gəlsələr, elitada qalacaqlar”.

Roman Teryuşkov rusiyalı çalışdırıcı ilə hansı səbəbdən uzunmüddətli sözləşmə imzaladıqlarını deyib:

“Talalayev döyüşə hazır komanda yığa bilir. O, nəticə qazanmaq üçün buraya gəlib. Futbolçuları yetişdirmək üçün sistem qurmaq bacarığına sahibdir.

Məncə, o, aşağı liqada mübarizə aparmaqdan qorxmur. Elə bu səbəbdən, onunla uzunmüddətli müqavilə imzaladıq”.

“Ximki” hazırda ölkə çempionatının turnir cədvəlində 13 xalla 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, azərbaycanlı futbolçular – İlya Sadıqov və Ayaz Quliyev hazırda “Ximki” də forma geyinir. Azərbaycanlı mütəxəssis Nazim Süleymanov isə klubun əvəzedici komandasının “sükanı arxasındadır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button