“Bunu biləndə, huşumu itirdim” – Luis Suares

İspaniyanın “Barselona” klubunun zədəli hücumçusu Luis Suares vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, dizindən əməliyyat olunan uruqvaylı futbolçu, yaşıl meydanlara daha tez qayıda biləcəyini deyib:

“Sağalma müddətinin dörd ay çəkəcəyini biləndə, çox təəssüfləndim. Həkim bütün diz problemlərimi həll etməyə qərar verdi. Müayinələrdən sonra mənə hər şeyi bildirdilər, bunu biləndə, huşumu itirdim. Amma sonra əhvalım dəyişdi. Əməliyyatdan sonra cəmi bir gün istirahət etdim. Həkim çox təəccübləndi, çünki bir gün kifayət etmir.

Hər zaman bərpa proqnozlarına zidd getmişəm. Hər kəsə sübut etmək istəyirəm ki, deyilən vaxtdan əvvəl sağala bilərəm. Əminəm ki, bunu bacaracam”.

Yanvarda əməliyyat olunan Suaresin mövsümün qalan hissəsində oynaya bilməyəcəyi deyilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button