
“Hər kəs məni çox səmimi qarşıladı” – “Səbail”in yeni transferi
“Səbail”in yeni transferi Qustavo Moreno de França paytaxt klubuna keçidindən danışıb.
Komanda.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi “dənizçilər”in mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Özümü əla hiss edirəm. Komandadakı hər kəs məni çox səmimi qarşıladı. Bu, mənim üçün xoş sürpriz oldu. Ötən gün isə burada ilk məşqimə çıxdım. Komandada ab-hava çox yüksək idi. “Səbail”də olduğum üçün çox xoşbəxtəm”.
Qustavo Moreno de França ötən gün “Səbail”lə 1 illik müqaviləyə imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin