“Hər kəs meydanda qalib gəlmək istəyirdi” – “Lex”in baş məşqçisi
Polşanın “Lex” komandasının baş məşqçisi Con van den Brom UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, doğma meydanda keçirdikləri və 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Mənim üçün yeni klubdakı ilk matçda qələbə qazanmaq vacib idi. Amma indi növbəti görüşü düşünürük və artıq cavab qarşılaşması üzərində işləyirik.
Görüşdən əvvəl də, matç zamanı da həyəcanlı idim. Oyunçular və azarkeşlər üçün əla şou oldu.
Oyun ərzində müdafiə olunduq. Bu, Çempionlar Liqasıdır və buranın fərqli qaydaları var. İlk hissədə top daha çox rəqibdə oldu və onlara müqavimət göstərməyə çalışdıq. Hər kəs meydanda qalib gəlmək istəyirdi”.
Bizi Facebook-da izləyin