“Hər kəs filmdəki pis insan olduğumu düşünür, amma elə deyil” – Kuman
“Barselona”nın baş məşqçisi Ronald Kuman bir neçə gün əvvəl komandadan ayrılan Luis Suareslə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kuman, Suaresin ayrılığını belə şərh edib:
“Hər kəs filmdəki pis insan olduğumu düşünür, amma elə deyil. Suaresə bir insan və futbolçu kimi ilk gündən hörmət göstərdim. Ona əsas heyətdə şans verməyin çətin olacağını, amma qalacağı halda komandanın bir parçası olacağını bildirdim. Onun ayrılığı klub tərəfindən verilən qərar idi. Klub mən gəlməmişdən əvvəl bəzi qərarlar vermişdi. Ona yeni klubunda ən yaxşısını arzu edirəm”.
Suares “Barselona”dan ayrılaraq, “Atletiko”ya transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin