“Hər kəs bərabərlikdən məmnun olmalıdır” – Sulşer
İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində “Mançester Siti” ilə 0:0 hesablı bərabərliyə razılaşan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, oyundan razı qaldığını bildirib:
“Bu oyunda qalib gələ bilərdik. Müdafiədə yaxşı oynadıq, komanda olaraq bir araya gəldik və layiqli mübarizə apardıq. Bu, “Mançester Yunayted”ə gələndən bəri “Mançester Siti”yə qarşı keçirdiyim ən yaxşı oyundur. Əla nəticə olmasa da, yaxşı oyun oldu. Demək olar ki, istədiyimiz nəticəni əldə etdik. Hər kəs bərabərlikdən məmnun olmalıdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin