“Hər kəs belə komandaya qarşı mübarizə aparmaq istəyir” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin futbolçusu Yuri Matias mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, 28 yaşlı braziliyalı müdafiəçi “Qarabağ”ın Bakıda İsveçin “Hakken” komandasına qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin oyunu barədə də danışıb:

“Qarabağ”ın bu gün qələbə qazanmasını istəyirəm. “Qarabağ” yaxşı heyətə malik güclü komadadır”.

Matias “Qarabağ”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunu barədə də fikirlərini bildirib:

“Həm klub, həm də azarkeşlər üçün əhəmiyyətli matç olacağını bilirəm. Hər kəs belə komandaya qarşı mübarizə aparmaq istəyir. Rəqibimiz güclüdür. Amma biz də “Neftçi”yik. Heç kimdən çəkinmirik. Yaxşı oyun göstərərək qələbə qazanmağa çalışacağıq. Müdafiəçi olaraq hər matçda qol vurmağa söz vermək çətindir. Amma qələbə üçün əlimdən gələni edəcəyimi deyə bilərəm”.

Dekabrın 18-də keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşması saat 20:00-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button