“Hər iki tərəf qələbə qazana bilərdi” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bu gün çox yaxşı oyun gördük. Hər iki komanda hücum edirdi. Gərgin matç izlədik. Hər iki tərəf qələbə qazana bilərdi. Komandam xarakter göstərdi. Çox vacib qələbə qazandıq.

Davit Volkov həmişə qolçu keyfiyyətlərini göstərir. O yaxşı məşq edir. Heç vaxt həvəsdən düşmür. Milli komandaya yaxşı əhvalda gedəcək.

Nicat Mehbalıyevin ilk oyunda qələbə qazanması çox önəmlidir. Onu təbrik edirəm. 

Razıyam, sabit deyilik, bəzi matçlarda yaxşı çıxış etməmişik. Bunun üzərində işləyəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button