“Hər iki komanda açıq futbola üstünlük verdi”

Azərbaycan Premyer Liqasının XIV turunun “Qəbələ” – “Neftçi” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 41 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“İlin son oyunu idi. Çətin olacağını bilirdik. “Neftçi” iddialı komandadır. Düşünürəm ki, maraqlı görüş alındı. Hər iki komanda açıq futbola üstünlük verdi. Epizodlara gəlincə, müəyyən qədər üstünlük bizdə idisə, ikinci hissədə “Neftçi”nin tərəfində oldu. Ümumi götürəndə komandanın çıxışından razı qaldım. Qazandığımız bir xaldır. Elə oyunlar olub ki, matç ərzində hər şey etmişik, amma uduzmuşuq. Qismətimizdə bu idisə, bununla da barışmalıyıq. “Neftçi” də qələbəyə layiq idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button