“Həmişə yalnız “Real”ı xəyal etmişəm” – Braziliyalı hücumçu
“Real”ın hücumçusu Endrik “Barselona”da oynamaq haqda heç vaxt düşünmədiyini etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu arzusunun gerçəkləşdiyini bildirib:
“Real”ı “Barselona”dan üstün tutduğumu deyə bilmərəm. Sadə səbəbdən həmişə yalnız “Real”ı xəyal etmişəm. İndi isə arzum gerçəkləşir”.
2024-cü ilin yayında Endrik “kral klubu”nun futbolçusu olacaq. Onunla daha əvvəl müqavilə imzalanıb. 17 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin