“Həmin vaxt prezident Ronaldonu transfer etmək istəyirdi, amma…”
İtaliyanın “Milan” klubunun keçmiş rəsmisi Marko Fassone diqqətçəkən açıqlamalar verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Fassone, Kriştiano Ronaldo keçən yay “Yuventus”a keçməzdən əvvəl onu transfer etmək istədiklərini bildirib:
“Həmin vaxt prezident Ronaldonu transfer etmək istəyirdi, amma transfer rəqəmləri bunun mümkünsüz olduğunu deyirdi. Ronaldo bu seçim haqqında düşünə bilərdi, çünki “Milan” məşhur klubdur. Buna baxmayaraq, biz daxili hesablarımızdan kənara çıxmadıq”.
“Qırmızı-qaralar”ın keçmiş rəsmisi 2017-ci ildə transfer edilən Leonardo Bonuççi haqqında da danışıb:
“Bonuççinin transferi səhv addım idi. Biz onunla müqavilə imzalayarkən, artıq 8 və ya 9 futbolçu almışdıq. Strategiyamız 4-4-3 sxeminə uyğun heyət yaratmaq idi. Həmin vaxt kifayət qədər müdafiəçimiz vardı və başqasına da ehtiyacımız yox idi. Nəticədə, hücumçu transferi üçün büdcəni azaltmalı olduq. Əvvəldən planlaşdırdığımız kimi, hücumçu transferinə pul xərcləsəydik, hər şey fərqli ola bilərdi”.
Bizi Facebook-da izləyin