Hələlik, Qəbələ
Təlim-məşq toplanışını Qəbələdə keçirən Premyer Liqa klubları hazırlıqlarını tamamlayıb.
Komanda.az xəbər verir ki, toplanışı başa çatdıran klublar Bakıya qayıdıblar, Qəbələdə sadəcə şəhərin eyniadlı təmsilçisi qalıb. “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Zirə”, “Sabah”, “Səbail” paytaxta, “Sumqayıt” isə Sumqayıta qayıdıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın mümkün icazə qərarından sonra avrokubok təmsilçiləri də daxil olmaqla, klubların hazırlıqlarını paytaxtda davam etdirəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin