
Van Dayk karyerasını harada davam etdirəcəyini bilmir
Vircil van Dayk gələn mövsüm “Liverpul”da qalıb-qalmayacağını bilmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu növbəti mövsümdə nə olacağını bilmədiyini deyib:
“Növbəti mövsümdə nə olacağını bilmirəm. Kimsə bildiyini deyirsə, sizə yalan danışır.
Müqavilə danışıqları dayandırılır? Heç bir şey dayandırılmayıb. Artıq dedim: xəbər olsa, biləcəksiz. Ancaq hələlik mən özüm belə, bilmirəm”.
33 yaşlı müdafiəçinin “Liverpul”la müqaviləsi bu ilin iyun ayının 30-na qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



