“Hələ ölməmişəm, uğur qazanmaq istəyirəm” – Canni De Byazi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi gələcək karyerası barədə danışıb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis yenidən uğur qazanmaq arzusunda olduğunu bildirib:
“Hələ ölməmişəm, yenidən uğur qazanmaq istəyim var. Bunun klub va ya yığma olması elə də önəmli deyil. Hələlik isə Azərbaycan millisinin sükanı arxasındayam. 2022-ci ilin sentyabrınadək müqaviləm var”.
Azərbaycandakı həyatından da söz açan 66 yaşlı baş məşqçi Bakıda tək yaşadığını söyləyib: “Həyat yoldaşım Konelyanodadır, qızım isə Padua universitetində oxuyur. Yemək bişirməyi bilirəm, həmçinin, burada italyan restoranları var”.
Ötən ilin dekabrında koronavirusa yoluxduğunu deyən De Byazi xəstəliyi ağır keçirdiyini əlavə edib: “Yeddi kiloqram arıqladım. Amma sağaldım”.
Bizi Facebook-da izləyin